Azərbaycanın xarici işlər naziri Çinə işgüzar səfər edəcək

Azərbaycanın xarici işlər naziri Çinə işgüzar səfər edəcək Səfər martın 13-14-də baş tutacaq
Xarici siyasət
13 Mart , 2016 18:33
Azərbaycanın xarici işlər naziri Çinə işgüzar səfər edəcək

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov martın 13-14-də Çin Xalq Respublikasına işgüzar səfər edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirəcək və Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair Memorandumu imzalayacaq.

Son xəbərlər

Orphus sistemi