Azərbaycanın xarici işlər naziri ATƏT-in toplantısında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri ATƏT-in toplantısında iştirak edəcək Elmar Məmmədyarov Brüsseldən Belqrada yollanacaq
Xarici siyasət
1 Dekabr , 2015 10:04
Azərbaycanın xarici işlər naziri ATƏT-in toplantısında iştirak edəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun nazirlər iclasında iştirak etmək üçün Brüsselə gedib. "Report" xəbər verir ki, E.Məmmədyarov Brüsseldə NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısında iştirak edəcək.

Tədbir dekabrın 1-2-də Brüssel şəhərində, qurumun mənzil-qərargahında keçiriləcək. Tədbirdə Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Elmar Məmmədyarov Brüsseldən ayrıldıqdan sonra Belqrada yollanacaq. O, burada dekabrın 3-4-də keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclasında iştirak edəcək. Görüş zamanı ATƏT-ə üzv 57 ölkələrin xarici işlər nazirləri Serbiyanın təşkilata sədrliyinin yekunlarını, eləcə də ATƏT məkanında ən aktual məsələləri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi