Azərbaycanın Ukraynadakı səfiri Milli Aviasiya Universitetinin məzunlarının diplom təqdimatı mərasimində iştirak edib

Azərbaycanın Ukraynadakı səfiri Milli Aviasiya Universitetinin məzunlarının diplom təqdimatı mərasimində iştirak edib Tədbir çərçivəsində səfir universitetin rektoru Nikolay Kuliklə görüşüb
Xarici siyasət
18 Mart , 2015 15:28
Azərbaycanın Ukraynadakı səfiri Milli Aviasiya Universitetinin məzunlarının diplom təqdimatı mərasimində iştirak edib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna Milli Aviasiya Universitetinin magistratura pilləsinin məzunlarının diplom təqdimatı mərasimində iştirak edib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir çıxışında məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, səfirliyin Milli Aviasiya Universiteti ilə əməkdaşlığı barədə danışıb.

Eynulla Mədətli məzunlar arasında mühəndis-mexanik təhsilini bitirmiş azərbaycanlı tələbə Ağamehdi Mehdiyevlə söhbət edib, gələcək planları ilə maraqlanıb.

Tədbir çərçivəsində səfir universitetin rektoru Nikolay Kuliklə görüşüb. Görüşdə rektor universitetdə təhsil alan azərbaycanlı tələbələrin təhsil və davranışlarından məmnunluğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi