Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb

Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb "Elazığdakı terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat yoxdur"
Xarici siyasət
18 Avqust , 2016 17:32
Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin Elazığ vilayətində baş vermiş terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat yoxdur.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov məlumat verib. 

Onun sözlərinə görə, terror hadisəsi ilə əlaqədar Azərbaycan səfirliyində “qaynar xətt” yaradılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Elazığ vilayətində avqustun 18-də baş vermiş terror aktı nəticəsində 3 nəfər şəhid olub, 217 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi