Yuxarı

Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini bu ölkənin XİN rəhbərinə təqdim edib

Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini bu ölkənin XİN rəhbərinə təqdim edib 1268
Səfir əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün bütün imkan və bacarığını sərf edəcəyini bildirib

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın Tacikistana yeni təyin olunmuş səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini 16 yanvar 2018-ci il tarixində həmin ölkənin xarici işlər naziri Siracəddin Aslova təqdim edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı H.Məmmədzadə xarici işlər naziri E.Məmmədyarovun salamlarını nazir S.Aslova çatdırıb.

Səfir iki ölkə prezidentləri arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri sayəsində mövcud olan yüksək səviyyəli siyasi əlaqələrlərlə yanaşı ölkələrimiz arasında iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində də mövcud olan əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində fəaliyyət göstərilməsinin ona tapşırıldığını qeyd edib və bu istiqamətdə bütün imkan və bacarığını sərf edəcəyini bildirib.

XİN rəhbəri S.Aslov səfirin etimadnaməsini qəbul edərək Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu, iqtisadi, turizm, elm və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin səviyyəsinin artırılması üçün hər iki ölkənin geniş imkanlarının mövcudluğunu qeyd edərək səfir qarşısında mühüm vəzifələr durduğunu bildirib, Azərbaycanın yeni səfirinə gələcək fəaliyyətində uğurlar diləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi