Azərbaycan səfiri Cənubi Koreyanın nazirləri ilə görüşüb

Azərbaycan səfiri Cənubi Koreyanın nazirləri ilə görüşüb Görüşlərdə Azərbaycan-Koreya münasibətləri, dənizçilik və nəqliyyat sahəsində iki ölkə arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub
Xarici siyasət
18 Avqust , 2015 19:49
Azərbaycan səfiri Cənubi Koreyanın nazirləri ilə görüşüb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov bu ölkənin okean və balıqçılıq naziri Yu Ki-Cun və nəqliyyat və infrastruktur naziri Yu İl-ho ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Koreyadakı səfirliyindən məlumat verilib.

Görüşlərdə Azərbaycan-Koreya münasibətləri, o cümlədən dənizçilik və nəqliyyat sahəsində iki ölkə arasında perspektiv əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi