Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulları geri çağırılıb

Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulları geri çağırılıb Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb
Xarici siyasət
28 Aprel , 2016 17:51
Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulları geri çağırılıb

Bakı. 28 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Elşad Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi