Yuxarı

Azərbaycanın Şamaxı şəhəri və İsrailin Tirat-Karmel şəhəri qardaşlaşıb

Azərbaycanın Şamaxı şəhəri və İsrailin Tirat-Karmel şəhəri qardaşlaşıb

Sazişi şəhər meri Arye Tal və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı imzalayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın Şamaxı şəhəri və İsrailin Tirat-Karmel şəhəri qardaşlaşıb.

"Report" xəbər verir ki, müvafiq sazişin imzalanması bu gün Tirat-Karmel şəhərinin meri Arye Talın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Sazişi şəhər meri Arye Tal və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev imzalayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın İsmayıllı və İsrailin Kiryat-Byalik şəhərlərinin də qardaşlaşması ilə bağlı işlər görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi