Azərbaycanın Özbəkistandakı səfiri ali mükafat ilə təltif edilib

Azərbaycanın Özbəkistandakı səfiri ali mükafat ilə təltif edilib Bakı. 19 dekabr. REPORT.AZ/ Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevi cəmiyyətin ali mükafatı ilə təltif edib.
Xarici siyasət
19 Dekabr , 2017 17:22
Azərbaycanın Özbəkistandakı səfiri ali mükafat ilə təltif edilib
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevi cəmiyyətin ali mükafatı ilə təltif edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinə göndərilən məktubda qeyd olunub.

Cəmiyyət Azərbaycan səfir H.Quliyevin diplomatiya sahəsində bacarıqlı fəaliyyətini yüksək qiymətləndirib, diplomatın iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, birgə mühüm mədəni, humanitar və ədəbi sahədə tədbirlərin keçirilməsi, çoxsaylı layihələrin icrası sahəsində əməyini təqdirəlayiq hesab edilib. Bütün bunlara görə H.Quliyev təşkilatın Fəxri fərmanına layiq görülüb. Məktubda qeyd edilib ki, son zamanlar iki ölkə arasında çoxsaylı uğurlara və inkişafa nail olunub.

Cəmiyyətin sədri Ş.Şaripov gələcəkdə birgə fəaliyyət nəticəsində həm Azərbaycan, həm də Özbəkistan üçün yeni-yeni nailiyyətlərin əldə olunacağına inamını bildirib.

Qeyd edək ki, Fəxri fərman Daşkənddə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə cari ilin sonunda keçiriləcək tədbirdə səfir H.Quliyevə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi