Albaniya Prezidenti: "Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir"

Albaniya Prezidenti: "Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir" Azərbaycan əməkdaşlıqla bağlı fikirləri irəli aparmaq üçün mühüm meydandır.
Xarici siyasət
14 Mart , 2019 14:48
Albaniya Prezidenti: Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir

"Azərbaycan əməkdaşlıqla bağlı fikirləri irəli aparmaq üçün mühüm meydandır".

“Report” xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta jurnalistlərə bildirib.

“Azərbaycan regional əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın həyata keçirdiyi enerji layihələrini xüsusi qeyd etmək olar. Bunlar ölkələrimiz arasındakı təmasların artmasına səbəb olur, Avropanın enerji təhlükəsizliyini təmin edir”, – dövlət başçısı deyib.

O, Bakı Qlobal Forumunun əhəmiyyətindən söz açaraq, bunun dünyanın müxtəlif problem və təhdidlərini müzakirə etmək üçün gözəl meydan olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi