​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana səfər edəcək

​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana səfər edəcək İran səfiri: "İranın Azərbaycanla enerji sahəsində böyük layihələri var"
Xarici siyasət
15 İyul , 2015 13:06
​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana səfər edəcək

Bakı. 15 İyul. REPORT.AZ/ "Azərbaycan və İran arasında münasibətlər yaxşı səviyyədədir və son iki ildə daha fəal inkişaf edir".

"Report"un verdiyi məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmayıb və bu müsbət amildir: "Lakin sanksiyalara görə bəzi region ölkələri bizimlə bank əməliyyatları həyata keçirə bilmirdi. Ümid edirəm ki, sanksiyaların aradan qaldırılmasından sonra bu məhdudiyyətlər də götürüləcək".

Səfir qeyd edib ki, İranın Azərbaycanla enerji sahəsində böyük layihələri var. "Tranzit sahəsində bizim üçün Rəşt-Astara dəmir yolunun inşası prioritet məsələdir",- səfir əlavə edib.

Onun sözlərinə görə, avqustun əvvəlində Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti ilə birlikdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İrana səfər etmək niyyətindədir. Bundan əlavə, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın X iclasının keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi