Azərbaycanın Gənclər və İdman naziri
"Report" İranın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 12-də baş tutacaq birgünlük səfərdə İranın idman və gənclər naziri Məsud Soltanifər, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti Rza Salehi Əmiri ilə görüşlər nəzərdə tutulub.
Görüşlərdə idman sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda Azad Rəhimovun mayın 12-də axşam saatlarında "Azadi" İdman Kompleksinə baş çəkəcəyi də gözlənilir.