Azərbaycanın dövlət qurumlarının əməkdaşları üçün saxta sənədlərin identifikasiyası mövzusunda təlim təşkil edilib

Azərbaycanın dövlət qurumlarının əməkdaşları üçün saxta sənədlərin identifikasiyası mövzusunda təlim təşkil edilib Bakı. 1 mart. REPORT.AZ/ Martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanın bir sıra dövlət qurumlarının əməkdaşları üçün təşkil edilmiş saxta sənədlərin identifikasiyası mövzusunda ikigünlük təlim başlayıb.
Xarici siyasət
1 Mart , 2018 11:35
Azərbaycanın dövlət qurumlarının əməkdaşları üçün saxta sənədlərin identifikasiyası mövzusunda təlim təşkil edilib
Report

Bakı. 1 mart. REPORT.AZ/ Martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanın bir sıra dövlət qurumlarının əməkdaşları üçün təşkil edilmiş saxta sənədlərin identifikasiyası mövzusunda ikigünlük təlim başlayıb.

Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.

2014-cü ilin 1 sentyabr tarixindən etibarən Avropa İttifaqının əsas, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müştərək maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş təlimdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Xarici İşlər, Daxili İşlər, Müdafiə və Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat və Dövlət Miqrasiya Xidmətlərinin, eləcə də Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edir.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi, səfir Faiq Bağırov təşkil olunmuş təlimin əhəmiyyəti barədə danışıb. F.Bağırov saxta sənədlərin, xüsusilə səyahət sənədlərin və vizaların saxtalaşdırılmasının qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsi, həmin sənədlərin identifikasiyası sahəsində Azərbaycan Respublikasının dövlət qurumlarının potensialının gücləndirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin təşkil olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, təlimin təşkilinə görə BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə öz təşəkkürünü bildirən F.Bağırov, bu sahədə gələcəkdə birgə silsilə tədbirlərin təşkil olunacağına ümid etdiyini bildirib.

BMqT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak saxta sənədlərin istifadəsinə qarşı mübarizənin gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın, BMT-nin və müvafiq qurumların birgə fəaliyyətinin zəruri olduğunu deyib. Bu sahədə fəaliyyət göstərən Azərbaycan Respublikasının bir sıra dövlət qurumlarının nümayəndələrinin təlimdə iştirakını müsbət qarşılayan S.Aktoprak, təlimdə iştirak edəcək Avstriya Respublikasından olan ekspertlər barədə məlumat verib.

Tədbir zamanı səyahət sənədlərinin təhlükəsizlik elementləri, çap texnikaları, bu sahədə biometrik məlumatların tətbiqi və saxta sənədlərlə bağlı aktual trendlər kimi vacib mövzularda təqdimatların edilməsi gözlənilir. Təlim iştirakçılarına saxta sənədlərin identifikasiyası mövzusunda maarifləndirmə materialları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi