​Azərbaycanın birinci xanımı Latviyanın sabiq birinci xanımı ilə görüşüb

​Azərbaycanın birinci xanımı Latviyanın sabiq birinci xanımı ilə görüşüb IV Qlobal Bakı Forumla bağlı müzakirə aparılıb
Xarici siyasət
10 Mart , 2016 14:28
​Azərbaycanın birinci xanımı Latviyanın sabiq birinci xanımı ilə görüşüb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb. “Report”un xəbərinə görə, birinci xanım Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu deyib. O, IV Qlobal Bakı Forumunun dünyanı narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm dialoq məkanı olduğunu bildirib.

Latviyanın sabiq birinci xanımı Lilita Zatlere IV Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi