Azərbaycanın Batumidəki Baş konsulluğunda prezident seçkiləri ilə əlaqədar seçki məntəqəsi yaradılıb

Azərbaycanın Batumidəki Baş konsulluğunda prezident seçkiləri ilə əlaqədar seçki məntəqəsi yaradılıb Tbilisi. 19 mart. REPORT.AZ/ Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Batumi şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb.
Xarici siyasət
19 Mart , 2018 17:24
Azərbaycanın Batumidəki Baş konsulluğunda prezident seçkiləri ilə əlaqədar seçki məntəqəsi yaradılıb

Tbilisi. 19 mart. REPORT.AZ/ Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Batumi şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb.

Baş konsul Pərviz İsmayılzadə "Report"un Gürcüstan bürosuna açıqlamasında deyib ki, 16 saylı Yasamal 2-ci Seçki Dairəsinin nəzdində yaradılmış 41 saylı seçki məntəqəsində hazırlıq işləri tam başa çatıb. Konsulluqda səsvermə ilə əlaqədar 77 nəfər qeydiyyata alınıb.

Məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, Batumidə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətəndaşları səs verə biləcəklər.

Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi