Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov İstanbulun Ədliyyə Sarayını ziyarət edib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-ə məlumat yayıb.
Onu Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Sultanoğlu müşaiyət edib.
Zakir Qaralovu Türkiyənin baş prokuror Hasan Erbil və İstanbulun prokuroru Hadi Salihoğlu qarşılayıb.
Azərbaycanın baş prokuroruna ədliyyə və onun fəaliyyət sistemi haqda məlumat verilib.
Zakir Qaralova dustaqların düzəltdikləri təsbeh hədiyyə edilib. O, təsbehi Azərbaycanda təqaüdçülərin istifadə etdiyini söyləyib. Onun zarafatı gülüşlə qarşılanıb.
Zakir Qaralov təsbehin pulunu ödəyib. Onun pulun geri qaytarmaq istəyən Hadi Salioğluna Azərbaycanın baş prokuroru deyib: "Bunu məhbusların əmək haqqı üçün ödəyirəm".