Azərbaycanın baş konsulunun məqaləsi ABŞ mətbuatında dərc olunub

Azərbaycanın baş konsulunun məqaləsi ABŞ mətbuatında dərc olunub Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı məqalə ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los-Ancelesdə işıq üzü görən “Jewish Journal” qəzetində dərc edilib.
Xarici siyasət
8 Noyabr , 2018 10:29
Azərbaycanın baş konsulunun məqaləsi ABŞ mətbuatında dərc olunub
0 : 00
0 : 00

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı məqalə ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los-Ancelesdə işıq üzü görən “Jewish Journal” qəzetində dərc edilib.

"Report" xəbər verir ki, baş konsul məqaləsində bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində yerləşən sinaqoqda törədilən qətliama toxunaraq, bu kimi cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün dayandığını, belə mənfi meyllərin bütün insanlıq üçün təhlükəli olduğunu vurğulayıb. 

N.Ağayev bu faciədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini xatırladıb.

Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul qədim dövrlərdən etibarən ölkəmizdə müsəlmanlar, xristiyanlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayıb.

Dünyanın müxtəlif bölgələrində öz dini-etnik kimliklərinə görə müsəlman və xristiyanların qətlə yetirildiklərini qeyd edən N.Ağayev Azərbaycanın da irqçiliyin acı nəticələrindən əziyyət çəkmiş ölkə olduğunu, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında, xüsusilə Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiklərini diqqətə çatdırıb. Baş konsul həmçinin ərazilərimizin işğalçı qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudi azərbaycanlıların çiyin-çiyinə döyüşərək həlak oduqlarını qeyd edir. 

Son xəbərlər

Orphus sistemi