Azərbaycanın baş konsulu ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüb

Azərbaycanın baş konsulu ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüb Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Yuta ştatında keçirilən beynəlxalq simpozium çərçivəsində ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri (beynəlxalq dini azadlıqlar) Səm Braunbək (Sam Brownback) ilə görüşüb.
Xarici siyasət
9 Oktyabr , 2018 10:07
Azərbaycanın baş konsulu ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Yuta ştatında keçirilən beynəlxalq simpozium çərçivəsində ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri (beynəlxalq dini azadlıqlar) Səm Braunbək (Sam Brownback) ilə görüşüb.

Bu barədə "Report"a Baş Konsulluqdan məlumat verilib.

N.Ağayev Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı məlumat verərək, ölkədə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini vurğulayıb.

Baş konsul hazırda Azərbaycanda multikulturalizm və dinlərarası harmoniyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Sonra tərəflər bu və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Səm Braunbək 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los-Anceles Konsulluq Korpusunun (LAKK) sədridir (duayeni).

Son xəbərlər

Orphus sistemi