Azərbaycanın Almaniya və Moldovadakı səfirləri geri çağırılıb

Azərbaycanın Almaniya və Moldovadakı səfirləri geri çağırılıb Prezidenti İlham Əliyev Pərviz Şahbazovun və Namiq Əliyevin geri çağırılması haqqında Sərəncam imzalayıb
Xarici siyasət
6 Sentyabr , 2016 18:33
Azərbaycanın Almaniya və Moldovadakı səfirləri geri çağırılıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev P.O.Şahbazovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

"Report xəbər verir ki, sənəddə deyilir ki, Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Prezident İlham Əliyev N.H.Əliyevin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında da Sərəncam imzalayıb.

Sənədə əsasən, Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi