Yuxarı

ABŞ-dakı heç bir Azərbaycan vətəndaşı COVID-19-a yoluxmayıb - RƏSMİ

​Azərbaycanın ABŞ-dakı səfirliyi: Heç bir vətəndaşımız COVID-19-a yolu
Dinlə

993

© Foto: "Report"

Azərbaycanın ABŞ-dakı səfirliyi Birləşmiş Ştatlardakı vətəndaşlarımıza dəstək üçün mümkün olan bütün tədbirləri görüb, diplomatik missiya gücləndirilmiş iş rejmində çalışır.

Azərbaycanın Vaşinqtondakı səfirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, səfirlikdə fasiləsiz “Qaynar xətt” təşkil olunub.

Bildirilib ki, vətəndaşlarımız “Qaynar xətt”ə çoxsaylı sorğularla müraciət edir və onlara operativ cavab verilir. “Qaynar xətt”ə daxil olan sorğulara operativ cavab verilməklə yanaşı, həmvətənlərimizə hüquqi yardım edilib. Eyni zamanda ABŞ-da Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımız bu gün AZAL-ın Nyu York-Bakı reysi ilə ölkəmizə göndəriliblər.

Dövlət qurumunun internet saytı da aktiv şəkildə fəaliyyət göstərir. Belə ki, ABŞ və ölkəmizdəki mövcud vəziyyət, qəbul edilmiş qərarlar barədə rəsmi vebsayt və sosial şəbəkələrdə hesabları vasitəsilə mütəmadi olaraq məlumatlar ötürülür.

Səfirliyin məlumatına görə, ABŞ-da vətəndaşlarımızdan hər hansı birinin COVID-19-a yoluxması ilə bağlı diplomatik korpusa məlumat daxil olmayıb.

ABŞ-ın Con Hopkins Universitetinin rəsmi məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 35 min 225, ölənlərin sayı 473 nəfərdir. Ölkədə son 24 saat ərzində virusa 8 478 yoluxma, 133 ölüm hadisəsi baş verib. 

Müəllif: Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi