Bakı. 26 fevral. REPORT.AZ/ BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası hökumətinin 7-ci, 8-ci və 9-cu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqlənib.
"Report" xəbər verir ki, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
2016-cı il aprelin 25-dən mayın 13-dək Cenevrə şəhərində keçiriləcək 89-cu sessiyada Azərbaycanı təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib:
Nümayəndə heyətinin rəhbəri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Nümayəndə heyətinin üzvləri:
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Namiq Əsgərov - Azərbaycan Respublikası Baş prokurorunun müavini.