Azərbaycandakı Türkiyə vətəndaşlarının səsvermə günü açıqlanıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsvermə günü açıqlanıb Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi oktyabrın 8-dən 25-dək davam edəcək
Xarici siyasət
1 Sentyabr , 2015 14:39
Azərbaycandakı Türkiyə vətəndaşlarının səsvermə günü açıqlanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının parlament seçkisində səs verəcəyi gün açıqlanıb.

"Report"un məlumatına görə, Azərbaycandakı Türkiyə vətəndaşları oktyabrın 25-də səs verəcək.

Səsvermə bir gün olacaq. Ümumilikdə xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi oktyabrın 8-dən 25-dək davam edəcək.

Səsvermə Türkiyənin səfriliklərində və konsulluqlarında yaradılan seçki məntəqələrində olacaq. 

Qeyd edək ki, bu il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi