Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycandakı diplomatik missiyasını başa vuran Mərakeş səfiri Həsən Hami yeni vəzifəyə təyin olunub.
"Report" xəbər verir ki, H.Hami Mərakeşin İrandakı diplomatik missiyasının rəhbəri təyin edilib.
Həsən Hami Mərakeşin Azərbaycanda ilk səfiri olub. O, burada 2009-cu ilin aprel ayından çalışıb.