Azərbaycanda yaşayan Qırğızıstan vətəndaşları Konstitusiyaya dəyişikliklərin lehinə səs verib

Azərbaycanda yaşayan Qırğızıstan vətəndaşları Konstitusiyaya dəyişikliklərin lehinə səs verib Səs vermək üçün səfirliyə bu ölkənin 18 vətəndaşı gəlib
Xarici siyasət
12 Dekabr , 2016 11:12
Azərbaycanda yaşayan Qırğızıstan vətəndaşları Konstitusiyaya dəyişikliklərin lehinə səs verib

Bakı. 12 dekabr. REPORT.AZ/ Qırğızıstanda Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referendumun bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən nəticələri məlum olub.

Qırğızıstanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanda qeydiyyatdan keçmiş 36 Qırğızıstan vətəndaşından 18 nəfəri, əsasən səfirliyin əməkdaşları, onların ailələri, eləcə də Bakıda təhsil alan tələbələr səsverməyə gəlib.

Səfirlikdən verilən məlumata görə, səs verənlərdən 16 nəfəri əlavə və dəyişikliklərin lehinə, 2 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, Qırğızıstanın Azərbaycandakı səfirliyində açılan 9012 saylı seçki məntəqəsi səsvermə günü dekabrın 11-də səhər saat 8-dən axşam saat 8-ə qədər açıq olub.

Son xəbərlər

Orphus sistemi