Azərbaycanda yaşayan Belarus vətəndaşlarının əksəriyyəti Lukaşenkoya səs verib

Azərbaycanda yaşayan Belarus vətəndaşlarının əksəriyyəti Lukaşenkoya səs verib Belarus səfirliyi: Məntəqədə seçkilər sakit şəraitdə və yaxşı keçib
Xarici siyasət
12 Oktyabr , 2015 12:31
Azərbaycanda yaşayan Belarus vətəndaşlarının əksəriyyəti Lukaşenkoya səs verib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Belarusda keçirilən prezident seçkiləri ilə əlaqədar həmin ölkənin Azərbaycandakı səfirliyində  təşkil olunan seçkilərin nəticələri məlum olub. 

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, diplomatik nümayəndəlikdəki məntəqədə seçkilər sakit şəraitdə və yaxşı keçib.

Məlumata əsasən, seçkilərdə iştirak 83,6% təşkil edib. Səsvermənin nəticələrinə görə, bu seçki dairəsində qələbəni səslərin 82,35%-ni toplayaraq, hazırkı prezident Aleksandr Lukaşenko qazanıb. Digər namizədlər səslərin 5%-ni toplayıb. 

Qeyd edək ki, 2015-ci ildə Belarus prezidenti seçkilərində hazırkı prezident Aleksandr Lukaşenkodan başqa Sergey Qaydukeviç, Tatyana Korotkeviç və Nikolay Ulaxoviçin namizədliyi irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi