Azərbaycanda keçirilmiş seçkilər bu gün ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunacaq

Azərbaycanda keçirilmiş seçkilər bu gün ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunacaq Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanda və Monteneqroda keçirilmiş seçkilər müzakirə olunacaq.
Xarici siyasət
19 Aprel , 2018 12:06
Azərbaycanda keçirilmiş seçkilər bu gün ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanda və Monteneqroda keçirilmiş seçkilər müzakirə olunacaq.

"Report" xəbər verir ki, bu barədə Fransanın ATƏT-dəki səfiri Veronik Roje-Lakan bildirib.

Bugünkü iclasın gündəliyində həmçinin ATƏT DTİHB-nin seçkiləri müşahidə metodologiyası, Ukraynadakı böhran və Rusiyaya aid məsələlər də yer alıb.

Daimi Şura Nazirlər Şurasının iclasları arasında müntəzəm siyasi məsləhətləşmələr keçirmək və ATƏT-in operativ fəaliyyəti üçün direktiv orqandır. Daimi Şuranın iclasları həftədə bir dəfə Vyanada keçirilir.

Son xəbərlər

Orphus sistemi