Yuxarı

Azərbaycanda 64 ölkənin səfirliyi, 4 dövlətin Baş Konsulluğu fəaliyyət göstərir

Azərbaycanda 64 ölkənin səfirliyi, 4 dövlətin Baş Konsulluğu fəaliyyət göstərir

© Report — Xarici İşlər Nazirliyi

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu il ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılıb.

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda  Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir. 

H.Hacıyev qeyd edib ki, il ərzində Azərbaycanın Avstriya, Sudan və Cibutiyə Fəxri konsulları, Efiopiyanın isə Azərbaycana Fəxri konsulu təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi