Azərbaycan Yaponiya hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan Yaponiya hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlanıb Azərbaycanla Yaponiya qeyri-neft sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Xarici siyasət
20 İyun , 2019 08:31
Azərbaycan Yaponiya hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycanla Yaponiya qeyri-neft sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Yaponiya imperatorunun tacqoyma mərasimi münasibətilə keçirilən tədbir zamanı bu ölkənin Azərbaycandakı səfiri Teriuki Katore deyib.

“Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulduğu 26 il ərzində ölkələrimizin münasibətləri yüksələn xətlə inkişaf edərək yüksək səviyyəyə çatıb. Ötən müddət ərzində Yaponiya Azərbaycana xeyli maliyyə yardımları göstərib” – deyə o söyləyib.

Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin başlıca sahəsi neft-qaz sektoru olsa da, başqa sahələrdə də əməkdaşlıq inkişaf etdirilir.

Diplomatın dediyinə görə, oktyabr ayında Yaponiya imperatorunun doğum günü münasibətilə bu ölkəyə Azərbaycan nümayəndə heyətinin səfəri gözlənilir. Noyabr ayında isə Tokioda ikitərəfli iqtisadi əməkdaşlıqla bağlı hökumətlərarası komissiyasının iclası zamanı qeyri-neft sektorunda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

“Bu il Azərbaycanda viza prosedurunun sadələşdirilməsi nəticəsində Yaponiyadan ölkənizə gələn turistlərin sayı ötən ilə nisbətən 20 faizdən çox artıb” – deyə səfir nitqi zamanı qeyd edib.

Son xəbərlər

Orphus sistemi