Azərbaycan XİN Pittsburqda sinaqoqa hücumla əlaqədar başsağlığı verib

Azərbaycan XİN Pittsburqda sinaqoqa hücumla əlaqədar başsağlığı verib Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Pittsburq şəhərində sinaqoqa edilən hücumda ölənlərin ailələrinə başsağlığı verib.
Xarici siyasət
28 Oktyabr , 2018 15:26
Azərbaycan XİN Pittsburqda sinaqoqa hücumla əlaqədar başsağlığı verib
Report

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Pittsburq şəhərində sinaqoqa edilən hücumda ölənlərin ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter" hesabında yazıb.

"Pittsburq sinaqoqunda baş vermiş cinayətə görə kədərlənirik. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Nifrət və şiddətsiz daha yaxşı dünya üçün bir yerdə olaq", - deyə L.Abdullayeva yazıb.

Qeyd edək ki, oktyabrın 27-də silahlı şəxs Pittsburqdakı sinaqoqlardan birinə gələnlərə atəş açıb. Son məlumatlara görə, hadisə nəticəsində 11 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi