​Azərbaycan XİN Pakistanda törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb

​Azərbaycan XİN Pakistanda törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb "Azərbaycan əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir"
Xarici siyasət
17 Dekabr , 2014 10:10
​Azərbaycan XİN Pakistanda törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb

Bakı. 17 dekabr. REPOR.AZ/ Azərbaycan dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir", - bəyanat sənədindən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi