Azərbaycan XİN: İstanbulda törədilən qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik

Azərbaycan XİN: İstanbulda törədilən qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik “Azərbaycan terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir“
Xarici siyasət
29 İyun , 2016 09:57
Azərbaycan XİN: İstanbulda törədilən qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi İstanbulun Atatürk Hava Limanında törədilən qanlı terror aktlarını pisləyən bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda Azərbaycan XİN-in bu qanlı və xain terror aktlarını kəskin şəkildə lənətlədiyi vurğulanıb. 

“Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir“- deyə bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi