Bakı. 4 aprel. REPORT.AZ/ Hazırda Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilir.
"Report"un məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulması səbəbləri, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri barədə səfirlərə obyektiv məlumatlar təqdim edilir.