Azərbaycan XİN başçısının müavini Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında iştirak edir

Azərbaycan XİN başçısının müavini Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında iştirak edir Bolqarıstan paytaxtı Sofiyada Avropa Şurası Nazirlər Komitəsinin 126-cı sessiyası keçirilir
Xarici siyasət
18 May , 2016 12:07
Azərbaycan XİN başçısının müavini Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında iştirak edir

Bakı. 18 may. REPORT.AZ/ Bolqarıstan paytaxtı Sofiyada Avropa Şurası Nazirlər Komitəsinin 126-cı sessiyası keçirilir. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edir.

Qeyd edək ki, Bolqarıstan xarici işlər naziri Daniel Mitovun sədrliyi ilə keçirilən sessiya zamanı Avropa Şurasının 47 ölkəsinin nazirləri ekstremizm, radikalizm və terrorizmə qarşı mübarizə məsələlərini, yaranmış miqrant böhranını, Avropa Şurasının qonşu ölkələrlə bağlı siyasətini və s. müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi