Yuxarı

Azərbaycanın XİN başçısı Macarıstana rəsmi səfər edəcək

Azərbaycanın XİN başçısı Macarıstana rəsmi səfər edəcək
Səfirin sözlərinə görə, dövlət başçısının səfəri zamanı iki ölkə arasında 5-10 arasında ikitərəfli sənədin imzalanması planlaşdırılır

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Macarıstana rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski keçirdiyi mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, E.Məmmədyarovun Budapeştə səfəri Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayına planlaşdırılan səfərinə hazırlıq məqsədi daşıyır.

Onun sözlərinə görə, dövlət başçısının səfəri zamanı iki ölkə arasında 5-10 arasında ikitərəfli sənədin imzalanması planlaşdırılır: "Xarici işlər naziri Elmar Məmmədyarovun səfəri zamanı həmin sənədlər nəzərdən keçiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi