Azərbaycan XİN başçısı mart ayında Rusiyaya səfər edəcək

Azərbaycan XİN başçısı mart ayında Rusiyaya səfər edəcək Səfər zamanı Rusiya xarici işlər naziri ilə, Nazirlər Kabinetində, Dövlət Dumasında görüşlər keçirilməsi planlaşdırılır
Xarici siyasət
24 Fevral , 2017 14:01
Azərbaycan XİN başçısı mart ayında Rusiyaya səfər edəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mart ayında Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə XİN başçısı mətbuat konfransında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, səfər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov ilə, Nazirlər Kabinetində, Dövlət Dumasında görüşlər keçirilməsi planlaşdırılır.

E.Məmmədyarov həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında mühazirə oxuyacaq.

Son xəbərlər

Orphus sistemi