Yuxarı

Azərbaycan XİN başçısı Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasının şərtini açıqlayıb

Rəsmi Bakının mövqeyi aydındır
© Report/ Elshan Baba

Bakı. 2 noyabr. REPORT.AZ/ "Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir."

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov monteneqrolu həmkarl ilə görüşdən sonra keçirdiyi brifinqdə Ermənistanın BTQ layihəsində iştirakı ehtimalını şərh edərkən deyib.

"Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", - E.Məmmədyarov bildirib.

Xatırladaq ki, BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi