Azərbaycan XİN başçısı Avstriyaya yola düşüb

Azərbaycan XİN başçısı Avstriyaya yola düşüb Elmar Məmmədyarov həmçinin ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək
Xarici siyasət
5 Dekabr , 2017 20:20
Azərbaycan XİN başçısı Avstriyaya yola düşüb
Report

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, E.Məmmədyarov səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcək, həmçinin dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi