Azərbaycan XİN başçısı: "Minsk qrupu həmsədrlərinin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək"

Azərbaycan XİN başçısı: "Minsk qrupu həmsədrlərinin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək" Elmar Məmmədyarov: "Ceyms Uorlik Hamburqda bizimlə son görüşünü keçirəcək"
Xarici siyasət
29 Noyabr , 2016 14:38
Azərbaycan XİN başçısı: Minsk qrupu həmsədrlərinin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib.

"Bunun danışıqlar prosesinə təsir edəcəyini düşünmürük. Parisə səfər zamanı Fransadan olan yeni həmsədrlə görüşmək imkanım oldu. Bu adam təcrübəlidir və münaqişə barədə dərin bilikləri var. Ceyms Uorlik Hamburqda bizimlə son görüşünü keçirəcək. Bundan sonra, o, özəl sektora gedəcək. ABŞ-da yeni administrasiyanın formalaşmasından sonra yeni həmsədrin kim olacağını biləcəyik" - E.Məmmədyarov bildirib.

Nazir, həmçinin avropalı bir qrup alimin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Azıx mağarasına baş çəkməsinə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan bu məsələni araşdırır və buna lazımı hüquqi qiymət verməlidir.

Son xəbərlər

Orphus sistemi