Səfir: "Azərbaycan vətəndaşlarına Aİ ölkələrinə getmək üçün 2017-2018-ci illərdə 25 min pulsuz viza verilib"

Səfir: "Azərbaycan vətəndaşlarına Aİ ölkələrinə getmək üçün 2017-2018-ci illərdə 25 min pulsuz viza verilib" Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki əməkdaşlığın mühüm istiqamətlərindən biri də readmissiya haqqında və sadələşdirilmiş viza rejimi haqqında müqavilələrin imzalanmasıdır.
Xarici siyasət
23 Dekabr , 2019 13:15
Səfir: Azərbaycan vətəndaşlarına Aİ ölkələrinə getmək üçün 2017-2018-ci illərdə 25 min pulsuz viza verilib

"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsindəki əməkdaşlığın mühüm istiqamətlərindən biri də readmissiya haqqında və sadələşdirilmiş viza rejimi haqqında müqavilələrin imzalanmasıdır".

“Report” xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyində "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib.

“2017-2018-ci illərdə 25 min viza pulsuz verilib. Həmçinin viza almaq üçün tələb olunan sənədlərin sayı və sərf edilən vaxt da xeyli azalıb”, - diplomat deyib.

O, Azərbaycan vətəndaşlarına 2015-2018-ci illər ərzində verilmiş vizaların 40 faizinin multiviza (dəfələrlə istifadə edilən) olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi