Azərbaycan və Ukrayna prezidentləri Poroşenkonun Bakıya səfərinin hazırlıqlarını müzakirə edib

Azərbaycan və Ukrayna prezidentləri Poroşenkonun Bakıya səfərinin hazırlıqlarını müzakirə edib Dövlət başçıları yaxın vaxtlarda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər
Xarici siyasət
23 May , 2016 15:25
Azərbaycan və Ukrayna prezidentləri Poroşenkonun Bakıya səfərinin hazırlıqlarını müzakirə edib

Bakı. 23 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

"Report" Ukrayna prezidentinin saytına istinadən xəbər verir ki, görüş İstanbulda Dünya Humanitar Forumu çərçivəsində keçirilib.

Görüşdə Ukrayna prezidentinin Bakıya səfərinin hazırlıqları da müzakirə edilib.

Dövlət başçıları yaxın vaxtlarda Azərbaycan-Ukrayna ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi barədə razılığa da gəliblər. 

Son xəbərlər

Orphus sistemi