Azərbaycan və Ukrayna parlamentlərinin komitələri arasında görüş keçirilib

Azərbaycan və Ukrayna parlamentlərinin komitələri arasında görüş keçirilib İki Komitə arasında təcrübə mübadiləsi, perspektivlər və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi müzakirə edilib
Xarici siyasət
24 Fevral , 2017 11:33
Azərbaycan və Ukrayna parlamentlərinin komitələri arasında görüş keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsi ilə Ukrayna Parlamentinin Gənclər, İdman,Turizm və ailə Komitəsi arasında görüş keçirilib.

“Report”un məlumatına görə, Ukrayna Parlanemtində baş tutan görüşdə Azərbaycan və Ukrayna arasında əmədaşlığın bütün istiqamətlə uğurla inkişafı vurğulanıb. Eyni zamanda iki Komitə arasında təcrübə mübadiləsi, perspektivlər və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi müzakirə edilib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan və Ukraynalı gənclərin müxtəlif beynəlxalq platformalarda, idman yarışlarında birgə fəaliyyətini diqqətə çatdırıb və bunun davamlı olmasının vacidliyini qeyd edib.

Ukrayna Parlamentinin Gənclər, İdman, Turizm və ailə Komitəsinin sədri Artur Palatnıy isə iki Komitə arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin 25 ili tamam olur.

Son xəbərlər

Orphus sistemi