Azərbaycan və Türkmənistan XİN başçıları yeni razılığa gəlib

Azərbaycan və Türkmənistan XİN başçıları yeni razılığa gəlib Aprelin 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.
Xarici siyasət
22 Aprel , 2020 20:08
Azərbaycan və Türkmənistan XİN başçıları yeni razılığa gəlib
Report

Aprelin 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov arasında telefon danışığı olub. 

Bu barədə "Report"a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Söhbət zamanı iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib.

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Türkmənistan dövlət başçısının cari ilin 11 mart tarixində Bakıya rəsmi səfəri zamanı razılaşdırılan ikitərəfli sazişlərin həyata keçirilməsinin vaicbliyi qeyd olunub.

Eyni zamanda tərəflər nəqliyyat-kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıblar. Xəzər dənizinin Ələt-Türkmənbaşı limanları arasında birbaşa dəniz əlaqəsinin Avrasiya qitəsində iqtisadi-ticarət əlaqələrinin inkişafının mühüm elementi olduğu bildirilib. Nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin yüksək effektivliyini qeyd edən diplomatlar, Şərq-Qərb istiqaməti boyunca nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlik yeni tərəfdaşlıq formalarının axtarışı və tətbiq olunmasına diqqət ayırıblar.

Bu xüsusda nazirlər Azərbaycan və Türkmənistan xarici siyasət qurumları arasında sıx mütəmadi əlaqələrin saxlanılmasını razılaşdırıblar. 

Son xəbərlər

Orphus sistemi