Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib

Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, təmas xəttindəki vəziyyət müzakirə olunub
Xarici siyasət
5 Aprel , 2016 15:42
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, bir sıra aktual regional məsələlər, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyət müzakirə olunub.

Xatırladaq ki, E.Məmmədyarov İranın Ramsar şəhərində Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin IV üçtərəfli görüşündə iştirak edir.

Son xəbərlər

Orphus sistemi