Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub Türkiyə Prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib
Xarici siyasət
9 İyun , 2017 20:35
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Bakı. 9 iyun. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report"un məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Türkiyə Prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP layihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi