Azərbaycan və Tacikistan Bakı-Duşənbə aviareysinin açılması məsələsini müzakirə edib

Azərbaycan və Tacikistan Bakı-Duşənbə aviareysinin açılması məsələsini müzakirə edib Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Şərif Səid ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın qurulması məsələsini müzakirə edib.
Xarici siyasət
20 Aprel , 2018 14:25
Azərbaycan və Tacikistan Bakı-Duşənbə aviareysinin açılması məsələsini müzakirə edib
Avesta

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Şərif Səid ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın qurulması məsələsini müzakirə edib.

"Report" "Avesta"ya istinadən xəbər verir ki, görüşdə tərəflər ikitərəfli ticarətin inkişafı üçün mövcud potensialdan istifadədə və qarşılıqlı təqdimatlar, konfranslar, sərgilər, yarmarkalar və biznes forumların təşkili ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Ş.Səidin sözlərinə görə, birgə əməkdaşlıq üçün ən perspektivli sahələr hidroenerji ehtiyatların mənimsənilməsi, dağ-mədən sənayesi, kənd təsərrüfatı xammalının emalı, meyvə və tərəvəzlərin işlənməsi üzrə kiçik zavodların yaradılması, arıçılığın inkişafıdır.

Palata sədri həmçinin azərbaycanlı iş adamlarını 2018-ci ilin avqust ayında Düşənbədə keçirilməsi planlaşdırılan "Tacikistan-2018" beynəlxalq universal sərgisində iştirak etməyə dəvət edib.

Öz növbəsində, Azərbaycanın Tacikistana yeni təyin olunmuş səfiri iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın yaradılmasına yardım etməyə hazır olduğunu bildirib. H.Məmmədzadə bunun üçün, ilk növbədə, Düşənbə və Bakı arasında birbaşa aviareyslərin açılmasının vacibliyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi