Azərbaycan və Serbiya əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Serbiya əməkdaşlıq məsələlərini müzakirə edib Azərbaycan səfiri Serbiya baş nazirinin müavini ilə görüşüb
Xarici siyasət
10 Aprel , 2015 10:10
Azərbaycan və Serbiya əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Serbiya baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb. "Report" Sebiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 9-da keçirilən görüş zamanı tərəflər iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlığı xüsusi vurğulayaraq, ikitərəfli münasibətlərin aktual aspektlərini müzakirə ediblər. 

"Görüş zamanı qeyd olunub ki, Serbiyanın baş naziri Aleksandr Vuçiçin Bakıya gözlənilən səfəri Serbiya və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq haqqında bəyannaməyə əsasən münasibətlərin gələcəkdə möhkəmləndirilməsi üçün yaxşı imkandır", - Serbiya hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Serbiyanın baş naziri Aleksandr Vuçiç aprelin 13-15-də Azərbaycana səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi