Yuxarı

Azərbaycan və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər

Azərbaycan və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər
Elmar Məmmədyarov və Serqey Lavrov Xəzər dənizinin hüquqi statusu ilə bağlı da fikir mübadiləsi aparıblar
© Report/ Elshan Baba

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrovun telefon danışığı zamanı hansı məsələləri müzakirə etdikləri məlum olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar aparıb və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi