Azərbaycan və Rusiya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər - YENİLƏNİB Bakıda Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş keçirilib
Xarici siyasət
20 Noyabr , 2017 13:35
Azərbaycan və Rusiya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər - YENİLƏNİB
Report/ Elshan Baba

Bakı. 20 noyabr. REPORT.AZ/ "Ümumilikdə müsbət qiymətləndirirəm. Həllini tələb edən məsələlər var, biz də xoş niyyətlə bu məsələləri müzakirə etdik və ortaq nöqtələr tapmaqla bağlı razılığa gəldik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı ilə görüşdən sonra brifinqdə deyib.

"Bu gün Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələri davam etdirdik. Təbii ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın rolu barədə danışdıq. Moskvada mövzu ilə bağlı çox intensiv danışıqlar olmuşdu. Bu gün həll oluna bilməyən konkret məsələlər müzakirə olunmuşdu. Bu gün isə Lavrovla Yerevan səfəri öncəsi vəziyyətdən çıxış yolu ola biləcək həmin həll yollarını müzakirə etdik", - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər, həmçinin "Şimal-Cənub" layihəsini, parlamentlərarası əməkdaşlığı müzakirə ediblər.

E.Məmmədyarov vurğulayıb ki, onlar eyni zamanda Xəzər dənizinin hüquqi statusu ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonra isə Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş xatirə zərfinin təntənəli şəkildə möhürlənməsi və mübadilə mərasimi keçirilib.


***12:19

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə paytaxtımızda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov arasında görüş keçirilir.

"Report" xəbər verir ki, görüşdə nazirlər Azərbaycan-Rusiya münasibətlərinin aktual məsələlərini, habelə regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında mövcud vəziyyəti müzakirə edəcəklər.

Ardından görüş geniş formatda davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi