Azərbaycan və Rusiya sərhədlərinin praktiki demarkasiyası gələn il başlanacaq

Azərbaycan və Rusiya sərhədlərinin praktiki demarkasiyası gələn il başlanacaq İqor Bratçikov: "Bu proses çox vaxt tələb edir və hər şey plana uyğun olaraq gedir"
Xarici siyasət
5 Mart , 2015 16:48
Azərbaycan və Rusiya sərhədlərinin praktiki demarkasiyası gələn il başlanacaq

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan və Rusiya sərhədlərin demarkasiya prosesinin 2016-cı ildə başlanması planlaşdırılır.

Bu barədə "Report"a Rusiya prezidentinin MDB dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib. 

O qeyd edib ki, hazırda tərəflər həmin məsələ üzrə görüşləri və sənədlər üzərində işi davam etdirirlər.

"Bu məsələdə heç bir problem yoxdur, proses çox vaxt tələb edir, lakin hər şey plana uyğun gedir. Biz hələ sərhədyanı zonaya getməmişik, hazırda sənədlər hazırlanır. Çox ehtimal ki, bu, cari ilin sonunda və ya gələn ilin əvvəllərində baş verəcək", - İ.Bratçikov vurğulayıb. 

O deyib ki, Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası məsələsi ilə bağlı görüşlər mütəmadi keçirilir. Növbəti görüş 2015-ci ilin birinci yarımilliyində baş tutacaq. 

Xüsusi nümayəndə vurğulayıb ki, proses müəyyən qədər vaxt tələb edir: "Bizim sərhədlərimiz dağlardan keçir, dağlarda demarkasiya prosesi daha mürəkkəbdir, daha çox vaxt aparır. Bunun nə zaman başa çatacağını deyə bilmərəm, lakin heç bir tərəfdən ləngimələr olmayacaq".

Son xəbərlər

Orphus sistemi