​Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

​Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub İki ölkə arasında əməkdaşlıq münasibətlərinin aktual məsələləri ətrafında fikir mübadiləsi davam etdirilib
Xarici siyasət
26 Fevral , 2016 20:32
​Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

"Report"un verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib", - deyə məlumatda bildirilib. 

Son xəbərlər

Orphus sistemi